Azərbaycanın sığorta bazarı 7,1% artıb

Azərbaycanın sığorta bazarı 7,1% artıb
# 16 iyul 2014 08:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 212 mln. manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 mln. manat və ya 7,1% çoxdur.

2014-cü ilin ilk 6 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 65,4 mln. manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 7,3 mln. manat və ya 12,6% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 30,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 29,3 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR