Azərbaycan elektrik enerjisi istehsalını 10% azaldıb

Azərbaycan elektrik enerjisi istehsalını 10% azaldıb
# 08 aprel 2013 11:49 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin mart ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən bildirilib.

Ötən ilin mart ayına nisbətən enerji istehsalı 10% azalıb.


Mart ayında Rusiya, Türkiyə, Gürcüstan və İran ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.


Ümumilikdə, 2012-ci ilin birinci rübündə ölkədə 6 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin I rübünə nisbətən elektrik enerjisi istehsalı 7,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR