Ukrayna torpaqlarına daxil olan Rusiya hərbi texnikası ölkənin içərilərinə doğru irəliləməyib

Ukrayna torpaqlarına daxil olan Rusiya hərbi texnikası ölkənin içərilərinə doğru irəliləməyib
# 15 avqust 2014 12:34 (UTC +04:00)

Bakı – APA. Avqustun 15-nə keçən gecə separatçıların nəzarətində olan “İzvarino” sərhəd-buraxılış məntəqəsi istiqamətindən Ukrayna torpaqlarına daxil olan Rusiya hərbi texnikası ölkənin içərilərinə doğru irəliləməyib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Antiterror Mərkəzinin mətbuat zabiti Aleksey Dmitraşkovski deyib. O bildirib ki, İzvarino yaşayış məntəqəsi ərazisində sayca o qədər də çox olmayan hərbi texnika və şəxsi heyət sərhədi keçib. Lakin onlar irəli getməyiblər. “Sərhəddə olan hərbi texnika və şəxsi heyətin sayı dəqiqləşdirilir”, - deyə A. Dmitraşkovski söyləyib.

Xatırladaq ki, avqustun 15-nə keçən gecə Rusiya ordusunun zirehli transportyorları (“BTR”) və hərbi yük avtomobillərindən ibarət karvanın Ukraynaya daxil olduğu haqda xəbər yayılıb. Bunu sərhəddə olan britaniyalı jurnalistlər də görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR