Azərbaycanda avtomobil dərəyə düşüb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Azərbaycanda avtomobil dərəyə düşüb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb
# 24 iyul 2012 09:04 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Yardımlı rayonu Gügəvar kəndi ərazisində qeydə alınıb. “VAZ” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə maşında olan sərnişinlər - 1976-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Hüseynov, 1966-cı il təvəllüdlü İlqar Xaməməd oğlu Hümbətov və 1968-ci il təvəllüdlü Gülşad Qabil oğlu Əliyev hadisə yerində ölüblər. Daha bir nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR