«Turanbank» xaricdən yeni kredit cəlb edib

«Turanbank» xaricdən yeni kredit cəlb edib
# 27 mart 2012 10:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC ilə Fransanın «Societe Generale» bankı arasında 1 mln. ABŞ dolları həcmində kreditin cəlb olunmasına dair kredit sazişi imzalanıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Nazim Sadıqov bildirib.
N.Sadıqovun sözlərinə görə, cəlb olunmuş kredit Azərbaycanda mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək.
«Turanbank» xaricdən maliyyə resurslarının cəlb edilməsi sahəsində bir neçə beynəlxalq qurumla əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində «Turanbank» həm fərdi, həm də korporativ müştərilərə kompleks bank xidmətləri göstərir. Bankın bazarda əsas üstünlüyü paytaxtda və ölkənin digər regionlarında kiçik və orta sahibkarlığa maliyyə dəstəyi verməsidir», - deyə N.Sadıqov bildirib.
Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR