Azərbaycanda bank aktivləri 13% artıb

Azərbaycanda bank aktivləri 13% artıb
# 07 sentyabr 2012 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin həcmi 2012-ci ilin avqustun 1-nə 14 978,58 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bank aktivləri ötən ilin avqustun əvvəli ilə müqayisədə 1,702 mlrd. manat və ya 12,8%, o cümlədən bu ilin əvvəlindən 1 031,77 mln. manat və ya 7,4% artıb:





Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi avqustun 1-nə 9 619,4 mln. manat (xüsusi çəkisi 64,2%), müxbir hesablar 1 087,2 mln. manat (7,3%), investisiyaların həcmi 1 274,0 mln. manat (8,5%), nağd vəsaitlər 649,0 mln. manat (4,3%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 628,4 mln. manat (4,2%), digər aktivlər isə 1 720,6 mln. manat (11,5%) təşkil edib.

Kommersiya bankları passivlərinin 84,9%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 12 709,95 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 6 710,6 mln. manat həcmində depozitlər, 4 527,7 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlər, 1 471,7 mln. manat həcmində isə digər öhdəliklərdir. Bankların məcmu kapitalı 2012-ci ilin avqustun 1-nə 2 268,6 mln. manata bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR