Güclü külək nəticəsində Pedaqoji Universitetin əsas tədris binasının dam örtüyü uçub

Güclü külək nəticəsində Pedaqoji Universitetin əsas tədris binasının dam örtüyü uçub
# 23 fevral 2015 10:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakıda müşahidə olunan güclü külək nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əsas tədris binasının dam örtüyü uçub.

Ali məktəbin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov APA-ya açıqlamasında deyib ki, hadisə fevralın 21-də universitetin Üzeyir Hacıbəyli küçəsi 68 ünvanında yerləşən əsas tədris binasında qeydə alınıb. Onun sözlərinə görə, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Şöbə müdiri qeyd edib ki, damın uçması tədris prosesinə də heç bir təsir göstərməyib: “ADPU-nun rəhbərliyi bu hadisə ilə əlaqədar dərhal müvafiq təşkilatlara müraciət edib. Hazırda ərazidə lazımi tədbirlər görülür. Həmin yerdə səliqə-sahman yaradılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR