Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib

Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib
# 25 iyun 2016 15:40 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.


Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları "Xaşxaş-2016" şərti adı altında əməliyyat tədbiri keçirib. Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1,2 hektar ərazidə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ümumi sayı 6 574 ədəd olan 2,435 ton çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.

RPŞ-dən bildirilib ki, narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR