Bank Of Baku

"Kyodo": KXDR və Cənubi Koreya 2018-ci ildə sülh müqaviləsi imzalayacaqlar

"Kyodo": KXDR və Cənubi Koreya 2018-ci ildə sülh müqaviləsi imzalayacaqlar
# 28 aprel 2018 04:03 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya 2018-ci ildə sülh müqaviləsi imzalamaq barədə razılıq əldə ediblər.

 

APA-nın məlumatına görə, bu barədə Yaponiyanın “Kyodo” agentliyi xəbər verib.

 

Qeyd olunur ki, tərəflər həmçinin Koreya yarımadasının bütövlükdə nüvə silahından azad edilməsinə dair razılığa gəliblər.

 

Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş ötən gün demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilib. Görüşün yekunlarına dair qəbul olunan birgə Bəyannamədə tərəflər perspektivdə sülh müqaviləsi imzalamaq niyyətində olduqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR