Bank Of Baku

Prokurorun və DİN-in inzibati araşdırma aparan səlahiyyətli şəxsinin qərarı psixiatriya müayinəsi üçün əsas olacaq

Adil Vəliyev, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri

© APA | Adil Vəliyev, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri

# 17 iyun 2026 12:50 (UTC +04:00)

“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılması və bu sahədə qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

“Beləliklə, qanun layihəsində psixi pozuntusu olan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda, həmin şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan müayinəyə aparılmasına dair prokurorun və Daxili İşlər Nazirliyinin inzibati araşdırma aparan səlahiyyətli şəxsinin qərarının psixiatriya müayinəsinin aparılması üçün əsaslardan biri kimi müəyyən edilməsi təklif olunur”, – deyə Adil Vəliyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR