Lənkəranda zəncirvari qəza baş verib, şose yolu 1 saatadək bağlı qalıb

Lənkəranda zəncirvari qəza baş verib, şose yolu 1 saatadək bağlı qalıb
# 17 dekabr 2014 15:22 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 17-də saat 16.30 radələrində Lənkəran - Boradigah şose yolunun rayonun Veravul kəndi ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1964-cü il təvəllüdlü Əkbərağa Həşimovun idarə etdiyi “KamAZ” markalı, 44 BM 540 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını onun qarşısında hərəkətdə olan Lənkəran rayonunun Xarxatan kənd sakini, 1987-ci il təvəllüdlü Sirac Mehdiyevin idarə etdiyi “Ford” markalı, HU 511 AZ 14 tranzit nömrə nişanlı yük mikroavtobusuna çırpılıb.

Əks istiqamətdə hərəkətdə olan Lənkəran şəhər sakini Elşad adlı sürücü idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunu qəzadan qaçırmaqdan ötrü nəqliyyat vasitəsini yolun kənarına çəkməklə onu kanala aşırıb. Qəza nəticəsində xəsarət alan olmasa da, “KamAZ” və “Ford” markalı maşınlara ciddi ziyan dəyib, həmçinin şose yolu 1 saatadək bağlanıb. Hadisə yerinə cəlb edilən yol polislərinin müdaxiləsi ilə yolda nəqliyyatın hərəkəti bərpa olunub.

İlkin versiya kimi qəzanın “KamAZ” markalı yük maşınının əyləc sistemində yaranmış nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR