Azərbaycanda bankomatların sayı 6% artıb

Azərbaycanda bankomatların sayı 6% artıb
# 09 iyun 2014 09:51 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2014-ci il mayın 1-nə 2 479 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 148 ədəd və ya 6,35% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin mayın 1-nə bankomatların 1 395-i Bakı şəhərində, 1 084-ü isə digər şəhər və rayonlarda yerləşir.

Mayın 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 42 790 ədəd olub ki, bunun 32 613-ü Bakı şəhərində, 10 177-i isə regionlarda yerləşir.

Mərkəzi Bankın məlumatına görə, martın 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 12,11% artaraq 5 908 minə çatıb.

Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 836 min ədəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR