İranda zəlzələ olub

İranda zəlzələ olub
# 18 dekabr 2013 07:07 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün gecə saatlarında İranın Kirman vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirman vilayətinin Bəravat şəhərinə təsadüf edib. 4,1 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə saat 00:07-də yerin 14 km dərinliyində meydana gəlib. Təbii fəlakət Bəravatdan 6 km, Bəmdən 10 km və Nərməşirdən 33 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməsə də, bölgədə kiçik yeraltı təkanların davam etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR