Lavrov və Kerri arasında telefon danışığı olub

Lavrov və Kerri arasında telefon danışığı olub
# 16 yanvar 2014 08:27 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, söhbət zamanı qlobal əhəmiyyətli məsələlər, Suriya münaqişəsi ilə bağlı sülh konfransına hazırlıq işləri və bu ölkədə humanitar böhran, eləcə də İranın nüvə proqramı məsələsi müzakirə olunub. Bu mənada S. Lavrov çoxtərəfli formatda əldə olunan razılaşmalara sadiq qalınmasının vacibliyini vurğulayıb.

S. Lavrov və C. Kerri Suriya ilə bağlı İsveçrənin Montrö şəhərində baş tutacaq konfrans zamanı görüş keçirməyə razılaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR