«VTB-Azerbaijan» illik mənfəətə çıxıb

«VTB-Azerbaijan» illik mənfəətə çıxıb
# 27 yanvar 2014 12:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank VTB (Azerbaijan)» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 21,514 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji göstəricisindən 2,6 dəfə çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, bankın xərcləri 1,8 dəfə artaraq 20,018 mln. manata çatıb.

Bankın hesabatına əsasən, ötən il ərzində «VTB-Azerbaijan» 2,196 mln. manat həcmində mənfəət əldə edib. Xatırladaq ki, 2012-ci ili bank 2,879 mln. manatlıq zərərlə başa vurub.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 18,964 mln. manat, qeyri-faiz gəlirləri 2,549 mln. manat, faiz xərcləri 5,798 mln. manat, qeyri-faiz xərcləri isə 14,219 mln. manata bərabər olub. Nəticədə, 2013-cü ilin yekununda bankın faiz mənfəəti 2,7 dəfə artaraq 13,166 mln. manat, qeyri-faiz zərəri isə 49,6% artaraq 11,670 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR