Dadaş Rzayev Veteranlar Şurasının sədri seçilib

Dadaş Rzayev Veteranlar Şurasının sədri seçilib
# 28 yanvar 2014 10:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Respublikası Veteranlar Şurasının Plenum iclası keçirilib.

APA-nın məlumatına görə, iclasın gündəliyinə Şura sədrinin və Rəyasət Heyətinin tərkibinin seçilməsi barədə məsələ daxil edilib. Şuranın sabiq sədri Əlövsət Baxışovun vəfat etməsi ilə əlaqədar, sədrliyə sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin namizədliyi irəli sürülüb və səsə qoyulub. D. Rzayev Veteranlar Şurasının sədri seçilib.

Vəfat etmə və Şuradan ayrılma səbəbləri ilə Rəyasət Heyətinin vakant yerlərinə 11 nəfər seçilib.

Şura sədrinin birinci müavini Surxay Tağızadə çıxışında veteranların ölkədəki ictimai-siyasi həyatda oynadıqları roldan bəhs edib və bunu yüksək qiymətləndirib.

Sonda Şuranın bəzi üzvləri veteran hərəkatı və ölkədəki ictimai-siyasi fəaliyyətlərinə görə, təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR