Ombudsman ATƏT-in Bakı Layihə Əlaqələndiricisini qəbul edib

Ombudsman ATƏT-in Bakı Layihə Əlaqələndiricisini qəbul edib
# 14 aprel 2014 14:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə insan hüquqları sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

E.Süleymanova ATƏT-lə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa önəm verdiyini vurğulayıb, fəaliyyət dövrü ərzində bu nüfuzlu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, bir sıra tanınmış beynəlxalq ekspertlərin bu tədbirlərə qatıldığını, səmərəli təcrübə mübadiləsinin aparıldığını, MPM-in illik hesabatlarının tərcümə edildiyini, həmçinin Müvəkkilin regional əməkdaşları üçün seminarların təşkil edildiyini söyləyib.

A.Şahtaxtinski Azərbaycan Ombudsmanı ilə əməkdaşlıqda maraqlı olduğunu, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Səfir cari ilin may ayında dövlət qurumları ilə keçiriləcək birgə toplantıda gələcək əməkdaşlığın prioritetlərinin müzakirə ediləcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR