Bidzina İvanişvili: “Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirmək üçün yeni yollar axtarırıq”

Bidzina İvanişvili: “Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirmək üçün yeni yollar axtarırıq”
# 02 oktyabr 2013 15:31 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstan Azərbaycan investisiyasının cəlb edilməsi üçün bütün imkanları yaradır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan qonşu ölkə olan Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün yeni yollar axtarır: “Azərbaycan bizim əsas qonşumuzdur. Biz bu ölkə ilə ikitərəfli əməkdaşlığı daha da genişləndirmək üçün yeni yollar axtarırıq”.


B.İvanişvili qeyd edib ki, Azərbaycanın nə etmək lazım olduğunu bilən və öz ölkəsi üçün nə lazımdırsa, onu həyata keçirən çox ağıllı prezidenti var: “Onun arzusu Gürcüstanla iqtisadi əməkdaşlığı genişləndirməkdir”.

Baş nazirin sözlərinə görə, hazırda Gürcüstanın nümayəndə heyəti Gürcüstan dəmir yolu vasitəsilə neft nəqlinin sürətləndirilməsi haqqında danışıqlar aparmaq üçün Bakıda səfərdədir. O, həmçinin tərəflərin böyük perspektivləri olan enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR