AŞPA sədri Ermənistanda baş verənlərdən narahat olduğunu bildirib

AŞPA sədri Ermənistanda baş verənlərdən narahat olduğunu bildirib
# 26 iyun 2015 01:40 (UTC +04:00)

Bakı-APA. AŞPA sədri Ann Brasser Ermənistandakı etirazlara dair məlumatlardan narahatlıq hissi keçirdiyini bildirib. APA-nın məlumatına görə, bunu o “RİA Novosti”yə müsahibəsində bildirib.

“Mən orada baş verənlərdən çox narahatam”, deyə Brasser bildirib. AŞPA rəhbəri İrəvanda baş verən hadisələrlə bağlı məlumatları KİV-lərdən əldə etdiyini qeyd edib. O tərəfləri sakitləşməyə çağıraraq, bütün addımları Avropa Şurasının standartlarına uyğun şəkildə atmağı tövsiyə edib.

Ermənistanın nümayəndəsi ilə İrəvanda baş verənlərlə bağlı danışıqların aparılmasına dair sualına Ann Brasser bunun üçün münasib fürsətin yaranmadığından təəssüfləndiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR