Masallıda inşaat şirkətinin ərazisində yanğın olub

Masallıda inşaat şirkətinin ərazisində yanğın olub
# 22 avqust 2016 03:10 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Sərçuvar kəndində vətəndaşa məxsus inşaat şirkətinin ərazisində olan 4 ədəd 7 tonluq kerosin çənindən 1 ədədi yanıb.

Digər çənlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR