Çempionar Liqasında daha 9 komanda növbəti mərhələyə adlayıb - NƏTİCƏLƏR

Çempionar Liqasında daha 9 komanda növbəti mərhələyə adlayıb - <span style="color: red;">NƏTİCƏLƏR
# 20 iyul 2016 02:59 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 18 ölkənin çempionu növbəti mərhələyə 9 vəsiqənin sahibini müəyyənləşdirib.

Qeydə alınan nəticələrdən sonra "Legiya", "Ludoqorets", Tiflis "Dinamo"su, "Zalsburq", "Hapoel", APEOL, BATE, "Kopenhagen" və "Srvena Zvezda" növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Lüksemburq “Düdelanj”ı ilə sabah görüşəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

19 iyul

"Legiya” (Polşa) - “Zrinski” (Bosniya və Herseqovina) - 2:0

Nikoliç, 28 (penaltidən); 72

İlk oyun - 1:1

“Mladost” (Monteneqro) - “Ludoqorets” (Bolqarıstan) - 0:3

Lukoki, 39; 64; Vanderson, 48

İlk oyun - 0:2

“Alaşkert” (Ermənistan) - “Dinamo” (Tiflis, Gürcüstan) - 1:1

Gozalyan, 51 - Jiqhauri, 21

İlk oyun: 0:2

“Liepaya” (Latviya) - “Zalsburq” (Avstriya) - 0:2

Berişa, 35; Vernardo, 65

İlk oyun: 0:1

“Şerif” (Moldova) - “Hapoel” (Beyer-Şeva, İsrail) - 0:0

İlk oyun – 2:3

APOEL (Kipr) - TNS (Uels) - 3:0

Aleksandru, 54; Soterio, 73; Vinsenti, 90+5 (penaltidən)

İlk oyun - 0:0

SJK (Finlandiya) - BATE (Belarus) - 2:2

Riski, 61; Nguekam, 44 - Karnitski, 15; Rios, 29

İlk oyun - 0:2

"Kopenhagen” (Danimarka) - “Kruzaders” (Şimali İrlandiya) - 6:0

Pavloviç, 15; Miçel, 45+1 (avtoqol); Kornelius, 48; 76; Falk, 58; Qrequs, 68;

İlk oyun - 3:0

"Srvena Zvezda” (Serbiya) - “Valletta” (Malta) - 2:1

Karuana , 11; Katay, 76 - Donald, 12

İlk oyun - 2:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR