Paşha Bank
Bank Of Baku

Bolqarıstanda 50-dən çox avtomobilin toqquşması nəticəsində azı 10 nəfər ölüb

Bolqarıstanda 50-dən çox avtomobilin toqquşması nəticəsində azı 10 nəfər ölüb
# 10 noyabr 2026 14:36 (UTC +04:00)

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb.

Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, “Trakiya” avtomagistralında baş verib. Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qəzada onlarla yük və minik avtomobili, eləcə də avtobus bir birinə çırpılıb.

Yambol vilayətinin qubernatoru Georgi Çalıkov bildirib ki, hadisə nəticəsində azı 10 nəfər ölüb. Xilasetmə əməliyyatı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR