İSB Yaşıl Kart sistemi dövlətləri ilə ikitərəfli sazişlərin imzalanması mərhələsinə keçib

İSB Yaşıl Kart sistemi dövlətləri ilə ikitərəfli sazişlərin imzalanması mərhələsinə keçib
# 03 noyabr 2015 08:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən Yaşıl Kart Sisteminin “Bürolar Şurasının keçici statuslu üzvlərinə qarşı maliyyə təminatı tələbləri”-nə əsasən müəyyən edilmiş 5 mln. avro məbləğində bank zəmanəti, həmçinin təkrarsığorta proqramı Bürolar Şurasına təqdim edilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bank zəmanəti və təkrarsığorta proqramı Bürolar Şurası tərəfindən qəbul olunub.

Hal-hazırda İSB ilə Yaşıl Kart sisteminə daxil olan digər üzv dövlətlər arasında ikitərəfli sazişlərin imzalanması mərhələsinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR