Böyük Britaniya Əfqanıstandakı hərbçilərinin sayını artıracaq

Böyük Britaniya Əfqanıstandakı hərbçilərinin sayını artıracaq
# 09 iyul 2016 01:58 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya Əfqanıstana əlavə 50 hərbçi göndərərək, hərbi kontingentinin sayını 500-ə çatdıracaq.

APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

Varşavada NATO sammitində iştirak edən baş nazir bundan sonra da Əfqanıstan hökuməti ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Avropa İttifaqının tərkibindən çıxmaq qərarına baxmayaraq, Böyük Britaniya dünyadakı aparıcı rolunu davam etdirəcək”, deyə D. Kemeron vurğulayıb.

Qeyd edək ki, son aylar “Taliban” hərəkatının artan hücumları ilə əlaqədar Əfqanıstanda vəziyyət kəskin pisləşib. Həmçinin, ölkədə İŞİD-in təsirinin artması müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR