Bank Of Baku

FT: Avropa liderləri Ukrayna ilə bağlı Rusiya ilə birbaşa danışıqlara başlamağa çalışacaqlar

FT: Avropa liderləri Ukrayna ilə bağlı Rusiya ilə birbaşa danışıqlara başlamağa çalışacaqlar
# 20 oktyabr 2026 05:48 (UTC +04:00)

Avropa ölkələrinin liderləri Ukraynadakı müharibənin nizamlanması məqsədilə Rusiya ilə birbaşa dialoqu bərpa etməyə çalışacaqlar.

Bu barədə “Financial Times” qəzetinin köşə yazarı Gideon Raxman məqaləsində bildirib.

Müəllifin fikrincə, Avropanın Rusiyaya münasibətində mühüm dəyişiklik müşahidə olunur. Avropa paytaxtlarında yalnız ABŞ-nin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmasının qəbuledilməz olduğu barədə mövqe güclənir.

Raxman qeyd edib ki, Avropa ilə Rusiya arasında müəyyən əlaqə kanalları artıq açılıb və yaxın gələcəkdə yüksək səviyyəli təmaslar baş tuta bilər.

Onun fikrincə, Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla ortaq mövqe formalaşdırmaq səylərinin nəticəsiz qalması Moskva ilə birbaşa dialoqa marağı artırır.

Məqalədə Rusiya ilə mümkün danışıqlarda iki fərqli sülh variantının müzakirəyə çıxarıla biləcəyi ehtimal olunur.

Birinci variant döyüşlərin hazırkı təmas xətti boyunca dayandırılmasını və bunun müqabilində Ukraynanın NATO-ya üzv olmayacağına dair təminat verilməsini nəzərdə tutur.

İkinci variant isə Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin Rusiyanın nəzarətinə keçməsi müqabilində Ukraynanın NATO-ya üzvlüyünə imkan yaradılmasını ehtiva edir.

Raxman hesab edir ki, hər iki variant Ukrayna daxilində xəyanət kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bunlar rəsmi sülh təklifləri deyil, müəllifin mümkün danışıqlarla bağlı irəli sürdüyü ehtimallardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR