“Müasir şərtlərdə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin iqtisadi və maliyyə aspektləri” mövzusunda dəyirmi masa keçiriləcək

“Müasir şərtlərdə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin iqtisadi və maliyyə aspektləri” mövzusunda dəyirmi masa keçiriləcək
# 21 sentyabr 2015 12:10 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Sentyabrın 22-də Rusiya Dövlət Dumasında “Müasir şərtlərdə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin iqtisadi və maliyyə aspektləri” mövzusunda dəyirmi masa keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirin təşkilatçısı Rusiya-Azərbaycan Dostluq Mərkəzidir. Dəyirmi masanın sədri qismində Dövlət Dumasının Maliyyə bazarları ilə iş üzrə komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev çıxış edəcək.

Tədbirdə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, Azərbaycandan olan nümayəndələr, ekspertlər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri Rusiya-Azərbaycanın qarşılıqlı əməkdaşlığının aktual məsələlərinə dair müzakirə aparacaqlar.

Əsas müzakirə mövzusu ikitərəfli iqtisadi münasibətlərin problemləri və perspektivləri, o cümlədən regional səviyyədə müxtəlif planlı əməkdaşlıq, ikitərəfli layihələrə informasiya dəstəyinin verilməsi və bu prosesə KİV-lərin cəlb olunması olacaq.

Tədbirin keçirilməsində əsas məqsəd Rusiya-Azərbaycan çoxtərəfli əməkdaşlığının inkişafı üçün səylərin birləşdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR