Bank Of Baku

İngiltərədə bu yay anomal istilər nəticəsində 5258 nəfər ölüb

İngiltərədə bu yay anomal istilər nəticəsində 5258 nəfər ölüb
# 25 noyabr 2026 06:31 (UTC +04:00)

İngiltərədə 2026-cı ilin may-sentyabr aylarında anomal istilərlə əlaqəli 5258 ölüm hadisəsi qeydə alınıb. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.

APA xəbər verir ki, bu barədə İngiltərənin Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) hesabatında bildirilib.

Ən çox ölüm iyunun 21-28-də müşahidə olunan isti hava dalğası ilə əlaqələndirilib. Həmin müddətdə 2401 nəfərin öldüyü təxmin edilir.

Müqayisə üçün, 2022-ci ilin yayında anomal istilərlə əlaqəli 2985, 2023-cü ildə 2295, 2024-cü ildə 1311, 2025-ci ildə isə 1504 ölüm qeydə alınıb.

Hesabatda iqlim dəyişikliyi səbəbindən anomal istilərin müddətinin, tezliyinin və intensivliyinin artacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR