Azərbaycanın qeyri-həyat sığortası bazarında yığım 18%, ödəniş isə 7% artıb

Azərbaycanın qeyri-həyat sığortası bazarında yığım 18%, ödəniş isə 7% artıb
# 14 aprel 2015 12:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 102,55 mln. manatı və ya 74,1%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 17,5% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların təxminən 33,5%-i və ya 34,3 mln. manatı tibbi sığortanın, 14,8%-i və ya 15,2 mln. manatı avtomobillərin icbari sığortasının, 9%-i və ya 9,3 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 7,4%-i və ya 7,6 mln. manatı kasko sığortasının, 6,9%-i və ya 7,1 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, yenə də 5,6%-i və ya 5,7 mln. manatı hava nəqliyyatı vasitələrinin sığortasının, qalan 22,8%-i və ya 23,35 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

3 ay ərzində sığorta ödənişlərinin 79,7%-ni və ya 28,51 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 42%-i və ya 11,96 mln. manatı tibbi sığortanın, 25,5%-i və ya 7,26 mln. manatı avtomobillərin icbari sığortasının, 21,6%-i və ya 6,16 mln. manatı kasko sığortasının, qalan 10,9%-i və ya 3,13 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,8 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-mart aylarında bu göstərici 30,5 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR