“Azərbaycanfilm” kinostudiyasında rejissorlarla görüş keçirilib

“Azərbaycanfilm” kinostudiyasında rejissorlarla görüş keçirilib
# 15 aprel 2015 10:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov son illər ekran işləri müxtəlif festivallarda nümayiş olunan rejissorlarla görüş keçirib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə rejissorlar Mirbala Səlimli, Elçin Musaoğlu, İlqar Nəcəf, Şamil Əliyev, İlqar Safat və Elxan Cəfərov iştirak edib.

Görüşdə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərin 2014-cü ildə müxtəlif ölkələrdə keçirilən 52 festivalında iştirak etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu fakt Azərbaycan kinosunun dünyaya çıxışının, milli kinematoqrafın beynəlxalq inteqrasiyasının uğurlu başlanğıcıdır.

Söhbət əsnasında dünya film fondları və aparıcı kino şirkətləri ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması, Azərbaycan filmlərinin yerli tamaşaçılara tanıdılması, kino nümayişlərinə geniş auditoriyanın cəlb edilməsi yolları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR