Bank Of Baku

Şəkidə 44 yaşlı kişini ilan sancıb

Şəkidə 44 yaşlı kişini ilan sancıb
# 29 iyun 2018 16:56 (UTC +04:00)

Şəki rayonunun Dərəcənnət kənd sakini, 1974-cü il təvəllüdlü Cahangir Cabbar oğlu Həsrətovu ilan sancıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, C. Həsrətov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Xəstəxanadan bildirilib ki, C. Həsrətov yaşadığı ünvanda tütün yarpağını düzərkən qəflətən yarpaqların içindən çıxan ilan onu sağ əlinin üçüncü barmağından sancıb. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan C. Həsrətova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Vəziyyəti orta-stabil qiymətləndirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR