Hesablama Palatasının 2016-cı il üzrə nəzarət tədbirləri ilə bağlı proqramı təsdiqlənib

Hesablama Palatasının 2016-cı il üzrə nəzarət tədbirləri ilə bağlı proqramı təsdiqlənib
# 09 sentyabr 2016 14:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, eləcə də Agentlik üzrə və büdcədənkənar daxilolmaların formalaşması və istifadəsinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

“İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb”, - deyə məlumatda vurğulanıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram da təsdiq edilib.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə qəbul edilmiş təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR