Ötən il yanğınlar nəticəsində meşələrə ciddi ziyan dəyməyib

Ötən il yanğınlar nəticəsində meşələrə ciddi ziyan dəyməyib
# 08 fevral 2016 12:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Havaların uzun müddət quraq keçməsinə baxmayaraq, ciddi meşə yanğınları olmayıb. 2015-ci il ərzində 2 müəssisədə cəmi 3,5 hektar sahədə meşə yanğınları baş verib ki, onlar da operativ qaydada söndürüldüyündən meşələrə ciddi ziyan dəyməyib”.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin illik hesabatında bildirilir.

Hesabatda deyilir ki, meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə “Yanğın təhlükəsizliyi haqqında qanun”un tələblərinə uyğun olaraq, hər ildə olduğu kimi, cari ildə də bir sıra qabaqlayıcı zəruri tədbirlər həyata keçirilib, əhali arasında, habelə fermer və digər torpaq mülkiyyətçiləri arasında mütəmadi olaraq izahat işləri aparılıb, müəssisələr yanğınsöndürmə avadanlıqları ilə təmin olunub. Bir çox yerlərdə meşə ətrafı ərazilərin minerallaşdırılması (cari ildə yanğın əleyhinə 609 km yeni zolaqlar çəkilib və 520 km mövcud zolaq təmir olunub) həyata keçirilib, gündəlik növbətçiliklər təşkil edilib.

Hesabatda qeyd olunub ki, 2015-ci il ərzində kök üstə tam qurumuş ağacların hesabına – 27858 kubmetr, meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 6724 kubmetr, ümumilikdə müəssisələrdə 34582 kubmetr həcmində oduncaq tədarük edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR