ARDNF-nin aktivlərdən gəlirləri 2,3% artıb

ARDNF-nin aktivlərdən gəlirləri 2,3% artıb
# 08 fevral 2018 09:57 (UTC +04:00)

Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlər üzrə gəlirliliyi 2,32% artıb.

"APA-Economics" ARDNF-nin 2017-ci il üzrə gəlir və xərclərinə dair məlumatına istinadən xəbər verir ki, qızıl nəzərə alınmadan Fondun aktivlərinin gəlirliliyi 1,88% artıb. 2016-cı ildə bu qiymətli metal hesaba alınmadan ARDNF-nin aktivlərinin gəlirliliyi 1,92% olub.

2017-ci ildə Fondun istiqrazlar və pul bazarı alətlərindən gəlirliliyi 0,65%, səhmlərdən 1,01%, daşınmaz əmlakdan 0,22%, qızıldan gəlirliliyi isə 0,44% təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin dekabrın 31-nə Fondun aktivləri 35 mlrd. 806,5 mln. dollar, investisiya portfeli isə 35, mlrd. 799,9 mln dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR