"Fəsil dəyişikliyinin ürək-damar xəstəliklərinə təsiri var".
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu "Ürək-damar xəstəlikləri və COVID-19" mövzusunda çıxışında deyib. O bildirib ki, fəsildən asılı olmayaraq bu xəstəlikləri nəzarətdə saxlamaq əsas məsələdir:
"Yayda belə xəstələrin əsasən günəş şüaları altında qalması, təzyiqin aşağı düşməsi və damar genişlənməsinə səbəb olur və bu fəsadlara gətirib çıxarır. Qış fəslində isə soyuq hava damarlarda spazma yaradır. Bunun nəticəsində infarkt riskini artırır. Problemi olan insanlarda xoşagəlməz hallara gətirib çıxarır"
Kardioloq qeyd edib ki, COVİD-19 infeksiyasında şəkərli diabeti olan yüksək təzyiqi, ürək çatışmazlığı, ürək damarlarında problem olanlar ən çox diqqət edilməli xəstələrdir. Bu, aritmiya xəstələrinə də aiddir”.