Bakının üç qəsəbəsində içməli su təchizatında fasilə yaranıb

Bakının üç qəsəbəsində içməli su təchizatında fasilə yaranıb
# 21 yanvar 2018 12:23 (UTC +04:00)

Bu gün Bakının üç qəsəbəsində içməli su təchizatında məhdudiyyətlər yaranıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Məlumatda bildirilib ki, içməli suyun verilişində fasilə yanvarın 22-də günün birinci yarısına qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR