Biləsuvarda yol qəzası nəticəsində 4 nəfər yaralanıb

Biləsuvarda yol qəzası nəticəsində 4 nəfər yaralanıb
# 07 aprel 2018 19:23 (UTC +04:00)

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Mitsubishi" və "Mersedes" markalı avtomobillərin toqquşması zamanı 4 nəfər yaralanıb. Yaralananlar Naxçıvan MR-ın Culfa rayon sakini, 50 yaşlı İsgəndər Məmməd oğlu Nağıyev, onun həmyaşıdı Masallı rayon sakini, Qurban Abutalıb oğlu Muxtarov, 47 yaşlı Könül Şükür qızı Cabbarova və 26 yaşlı Zaur Müdhət oğlu Cabbarovdur.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR