Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib
# 12 fevral 2018 09:42 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni sədr təyin edilib.

APA-Economics”ə verilən görə məlumata görə, “ASA”nın təsisçilərinin ümumi yığıncağında Mustafa Abbasbəylinin yeni vəzifəyə təyin olunması barədə qərar qəbul edilib. O, fevralın 9-dan vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, ölkədə sığorta şirkətlərinin birində fəaliyyətə başlayan M.Abbasbəyli 2007-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, 2008-2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri vəzifəsini daşıyıb. O, 2010-cu ildən Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR