BFB-nin dövriyyəsi ötən il 6% azalıb

BFB-nin dövriyyəsi ötən il 6% azalıb
# 09 yanvar 2020 11:59 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 033 797 038 manat təşkil edib.

"APA-Economics"in Birjaya istinadən verdiyi xəbərə görə, bu, 2018-ci illə müqayisədə 5,8% azdır. Bu müddətdə dövlət qiymətli kağızlar bazarı 11,7% azalaraq 11 781 969 min manat, korporativ qiymətli kağızlar bazarı 20% artaraq 1 129 248 min manat təşkil edib.

2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20% artım qeydə alınıb.

Eyni zamanda dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 248%, korporativ qiymətli kağızların təkrar bazarında 72% və repo əməliyyatlarında isə 83,5% böyümə qeydə alınıb.

Nəticə olaraq, Birjada təkrar bazar üzrə əməliyyatların həcmi keçən ilə nəzərən 128% artıb.

2019-cu ilin dekabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 687 979 351 manat təşkil edərək ötən ilə nəzərən 4% böyümüş, listinqdə olan şirkətlərin sayı isə 914-dən 951-ə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR