Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
APA-nın xəbərinə görə, Əlcəzair Dövlət Televiziyası qəza nəticəsində 257 hərbçinin öldüyü barədə məlumat yayıb.
Əlcəzair Müdafiə Nazirliyi qəza xəbərini təsdiqləsə də, ölənlərin sayı ilə bağlı hər hansı açıqlama verməyib.
***
13.10
Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb.
APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 200-ə yaxın hərbçi ölüb.
Qəzanın baş verməsinə texniki nasazlığın səbəb olduğu ehtimal olunur.