"Rabitəbank" qadın sahibkarlara dəstək olub

"Rabitəbank" qadın sahibkarlara dəstək olub
# 26 dekabr 2019 13:30 (UTC +04:00)

"Rabitəbank" ASC regionda sahibkarlıq fəaliyyəti ilə məşğul xanımlara, mikro bizneslərinin inkişafı üçün avadanlıqlar hədiyyə edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşəbbüsü və "Rabitəbank"ın maliyyə dəstəyi ilə #GücXanımlarda sosial dəstəyi çərçivəsində, sahibkar xanımlara mikro bizneslərinin inkişafı üçün lazımi avadanlıqları hədiyyə edib.

Belə ki, Daşkəsən rayon sakini Tərlan xanıma peşəkar tikiş maşını, Tovuz rayon sakini olan Tovuz xanıma isə müasir süd sağan avadanlıq hədiyyə olunub. Bundan əlavə, Rabitəbank sahibkar xanımların bizneslərinin inkişafı məqsədi ilə 0% komissiya ilə, illik faiz dərəcəsi 14,9% olmaqla 1 mln. manata qədər dəstək kreditləri verir.

Həmçinin Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” üzrə Aqrar sahədə fəaliyyət göstərən sahibkar xanımlara illik faiz dərəcəsi 8,8% olmaqla 800 min manata kimi Aqrar kreditindən faydalanmaları üçün xüsusi imkan təklif edir.

Qeyd edək ki, "Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitəbank Mobile" adlı mobil əlavəsi, internet bankçılıq və "RabitaBot" adlı çatbotu ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR