ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
# 30 yanvar 2020 02:16 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Nazirlik bu dəfə Krım üzrə rusiyalı məmurları və bu yarımadaya dəmir yolu ilə sərnişin daşınması xidmətini həyata keçirən Grand Service Express” operatorunu sanksiyalar siyahısına daxil edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin açıqlamasında deyilir.

Nazirlik birtərəfli sanksiyaların “Ukraynaya qarşı davam edən təcavüz və Krımı işğal etmək cəhdləri” ilə əlaqədar tətbiq edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR