“Expressbank”ın öhdəlikləri 2,2 dəfə artıb, mənfəəti 1,8 dəfə azalıb

“Expressbank”ın öhdəlikləri 2,2 dəfə artıb, mənfəəti 1,8 dəfə azalıb
# 01 avqust 2018 14:25 (UTC +04:00)

“Exspressbank”ın aktivlərinin həcmi 2018-ci il iyulun 1-nə 440,153 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 57,15% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,34% artaraq 205,365 mln. manat olub. Bu ilin I yarısında bank 102,297 mln. manat istehlak krediti verib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,96% çoxdur.

“Exspressbank”ın depozit portfeli 2,45 dəfə artaraq 261,350 mln. manata, əahlinin əmanətləri isə 90,72% artaraq 117,088 mln. manata çatıb.

Hesabat dövründə bankın cəmi öhdəliklərin həcmi isə 2,2 dəfə artaraq 295 mln. manata bərabər olub.

Bankın məcmu kapitalı 0,7% artaraq 141 mln. manat olub. Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 137,257 mln. manat təşkil edib.

Bu ilin II rübündə bankın cəmi gəlirləri 20,356 mln. manat, cəmi xərcləri isə 7,616 mln. manat təşkil edib.

Qeyd edək ki, bank bu ilin II rübünü 992 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövründəkindən 1,8 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR