"Petkim"in investisiya xərcləri 104 mln. dollara çatıb

"Petkim"in investisiya xərcləri 104 mln. dollara çatıb
# 11 avqust 2017 10:22 (UTC +04:00)

Bu ilin II rübündə “Petkim”in investisiya xərcləri məlum olub.

APA-Economics” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında investisiya xərcləri 216 mln. Türkiyə lirəsi (TRY) və ya 104 mln. dollar təşkil edib.

Bu il ərzində həyata keçirilən investisiyalar fabriklərin modernləşdirilməsi, tutumun artırılması, texnoloji inkişaf, enerji səmərəliliyi, ətraf mühit sərmayələri olacaq.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Kompleks illik ümumi 3,6 mln. tonluq istehsal gücünə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR