Tovuzda 75 yaşlı qadın döyülüb

Tovuzda 75 yaşlı qadın döyülüb
# 04 avqust 2017 15:28 (UTC +04:00)

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qandalar kənd sakini, 1942-ci il təvəllüdlü Orucova Xuraman Həsən qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın kənddə özünə məxsus otlaq sahəsinin başqası tərəfindən biçildiyini görüb etiraz etdiyi üçün döyülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR