"CEO Lunch Baku"ya qeydiyyat davam edir

"CEO Lunch Baku"ya qeydiyyat davam edir
# 12 mart 2018 09:14 (UTC +04:00)

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov martın 14-də rəsmi qonaq qismində "Caspian European Club"un təşkil etdiyi on ikinci "CEO Lunch Baku"da iştirak edəcək.

Bu barədə "APA-Economics"ə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.

Onun sözlərinə görə, tədbir "Caspian European Club"un Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın genişlənməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq.

Telman Əliyev vurğulayıb ki, "CEO Lunch Baku"da klubun üzv şirkətlərinin özəl sektor ilə Palata arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri qeyri-rəsmi müzakirə olunacaq. O həmçinin qeyd edib ki, "CEO Lunch Baku" üzvlərinə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

"CEO Lunch Baku"da yalnız "Caspian European Club" saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/157-ceo-lunch-baku-14-03-2018 linki vasitəsilə qeydiyyatdan keçən şirkətlər iştirak edə bilərlər.

"Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. "Caspian European Club", "Caspian American Club" və "Caspian Asian Club"un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

"Caspian European Club" yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə yardım edir.

Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club", "Caspian American Club" və "Caspian Asian Club" dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR