Bakıda “BakuBus” MMC-nin sərnişin avtobusunda tüstülənmə baş verib

Bakıda “BakuBus” MMC-nin sərnişin avtobusunda tüstülənmə baş verib
# 29 fevral 2020 21:38 (UTC +04:00)

Bakıda Nəsimi rayonunun Azadlıq prospektində metronun “28 May” stansiyasının yaxınlığında “BakuBus” MMC-yə məxsus sərnişin avtobusunda tüstülənmə baş verib.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya bildirdiyinə görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus hərəkətdə olarkən təkər hissəsi qəfil tüstüləyib: "Sürücünün peşəkar davranışı nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində sərnişinlərə hər hansı bir zərər dəyməyib və xəsarət alan olmayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb edilib, alovun söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR