Bakı Təhsil İdarəsi: Məktəblərin yaxınlığındakı internet kafelər şagirdlərin davamiyyətinə təsir göstərir

Bakı Təhsil İdarəsi: Məktəblərin yaxınlığındakı internet kafelər şagirdlərin davamiyyətinə təsir göstərir
# 31 yanvar 2020 11:59 (UTC +04:00)

“Məktəblərin yaxınlığında yerləşən internet kafelərin şagirdlərin davamiyyətinə təsir göstərməsi halları mövcuddur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BKTİ) müdiri Rəşad Tağıyev deyib.

O bildirib ki, bununla bağlı aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edilir.

“Bundan başqa, tütün məmulatları və alkoqollu içkilərin satıldığı ticarət obyektləri ilə bağlı bizə məlumatlar daxil olduqda yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinin yerli rayon polis idarələrinə müraciət olunur və lazımi ölçü götürülür. İnternet klublarla da bağlı rayon polis idarələri ilə əməkdaşlığımız mövcuddur, müvafiq reydlər aparılır. Əgər belə hallar aşkarlanarsa, şagirdlər və onların valideynləri ilə profilaktik-maarifləndirici işlər aparılır. Qeyd edim ki, Nərimanov rayonunda belə bir hal baş verib və nəticədə məktəbin yaxınlığındakı iaşə obyektində qeyd olunan məmulatların satışı dayandırılıb”, - deyə R. Tağıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR