Nazirlik: Sürüşmə sahəsində aktivlik qalmaqdadır

Nazirlik: Sürüşmə sahəsində aktivlik qalmaqdadır
# 09 yanvar 2020 12:04 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən, Badamdar - 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.

Nazirlikdən APA-ya verilən məlumata görə, müşahidələr davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR