® “Unibank” kapitalını 21 milyon manat artırır

<font color=red>® </font> “Unibank” kapitalını 21 milyon manat artırır
# 09 oktyabr 2017 13:25 (UTC +04:00)

“Unibank” KB ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Kapitalın 21 milyon manat artırılması nəzərdə tutulur. Bu haqda məsələ səhmdarların 13 oktyabrda keçiriləcək növbədənkənar yığıncağında müzakirə olunacaq. Bu il ərzində “Unibank” artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 70%-dək artaraq, 119,686,326.72 milyon manata çatdırıldı.

Ölkə iqtisadiyyatında qeydə alınan sabitləşmə və inkişaf meylləri “Unibank”ın da fəaliyyətində aktivliyini daha da artırması, korporativ və pərakəndə kreditləşmədə və qeyri-kredit məhsullarında satışın yüksəlməsi, bankın bazarda fəaliyyətini daha da genişləndirməsi üçün zəmin yaradıb. Bank səhmdarları kapitalın yenidən artırılmasının, perspektivdə “Unibank”ın ölkənin maliyyə bazarında lider mövqeyini qoruyub saxlamaq və möhkəmləndirməsinə təkan verəcəyi fikrindədirlər. Kapitalın növbəti artımı səhmdarların bankın daha da böyüməsində marağını ortaya qoymaqla, ölkə iqtisadiyyatına dəstəyi artırmaq və müştərilərin maliyyə ehtiyaclarını daha yüksək səviyyədə qarşılamaq mövqeyindən irəli gəlir.

Kapital artımı bankın ölkə iqtisadiyyatına daha çox töhfələr vermək, müştərilərə daha geniş xidmət və daha yüksək keyfiyyətli məhsullar təklif etmək və hər zaman müştəri məmnuniyyətini ən vacib məsələ hesab etmək prioritetlərini həyata keçirməyə təkan verəcək.

“Unibank" KB ASC ölkənin xarici kapitalın iştirakı olan ən iri banklarından biridir. Beynəlxalq maliyyə institutları olan DEG (24,37%) və AYİB-in (19,41%) bankın nizamnamə kapitalında payı hazırda 44%-ə yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR