Göyçayda 14 yaşlı oğlan su kanalında batıb

Göyçayda 14 yaşlı oğlan su kanalında batıb
# 06 iyul 2016 18:56 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Dövranlı kəndi ərazisindən keçən Şirvan kanalına 1 nəfərin düşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun cəsədini batdığı yerdən 1000 metr aralıda tapıb çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR